Bayramqabağı qarışıqlıqda kibercinayətkarların qurbanı olmamaq üçün nə etməli? - ESET ekspertlərindən məsləhətlər

17:46 - 24.02.2020


24 fevral, Fineko/abc.az. Onlayn alış-veriş imkanları bayram ərəfəsində əsl qurtuluşdur. Belə ki, həyat yoldaşınıza, qohumlara və ya iş yoldaşlarınıza nə alacağınız barədə baş sındırmağa daha ehtiyac yoxdur. Bir neçə  internet dükanlarına baş çəkib malları və qiymətləri müqayisə etmək kifayətdir. Hətta, istəsəniz, onlayn məsləhətçiyə də müraciət edə bilərsiniz. Buna baxmayaraq, bu işin əks tərəfi də var: bayramdan əvvəl kiber fırıldaqçıların qurbanı olmaq və pullarınızı itirmək ehtimalı artır.

Lazım olan mallar və mağaza axtarışından öncə sayıqlıq göstərmək vacibdir. İstifadəçi, bir çox hallarda, qiymətləri müqayisə edərək və zərərli sayta gətirib çıxara biləcək linklərə keçməklə təhlükələrə məruz qalır.

“Fişinq” ciddi təhlükə yaradır. Fırıldaqçılar tez-tez zərərli linklər yayaraq, mesencer və ya e-poçta göndərişlər vasitəsilə ödəniş məlumatlarını əldə edir. Bir qayda olaraq, belə məktublarda, sevimli qadın üçün böyük endirimlə hədiyyə kimi unikal məhsul almaq təklif olunur.

Bundan əlavə, kiber-xuliqanlar endirim kuponları adı ilə zərərli fayllar paylayır. Beləliklə, bütün istifadəçi fayllarına girişi blok edən və onların bərpası üçün pul tələb edən bir “qəsb” virusu qurğuya daxil ola bilər. Lakin, hətta virus yaradıcısına pul göndərməklə də iş bitmir.

Etibarlı meydançalarda da alış-veriş zamanı sayıq olmaq lazımdır. Onlayn mağazaların administrasiyasının məsuliyyət və dəqiqliyinə güvənməyin. Belə ki, məlumatların təhlükəsiz ötürülməsi protokolu olmadıqda, malların ödənilməsi zamanı ödəniş məlumatları kiber cinayətkarlar tərəfindən ələ keçirilə bilər. Müdafiə üçün, əlavə kart əldə edin ki, bu kartda yalnız malın qiymətinə bərabər məbləğ olsun.

Bundan əlavə, onlayn alış-veriş edərkən müvəqqəti e-poçt ünvanlarını və telefon nömrələrini istifadə etmək məsləhətdir. Onlayn satıcı etibarlı olsa və istifadəçi vəsaitlərini oğurlamaq fikrində olmasa belə, bu, onun adından göndərişlər və spamın qarşısını almağa kömək edəcəkdir.

Nəhayət, kompleks antivirus həlli kiber təhdidlərin əksəriyyətindən qorunmağa kömək edəcəkdir. Məsələn, "Anti-fişinq" modulu İstifadəçini bu və ya digər resursun potensial təhlükəsi barədə xəbərdar edir və ödəniş məlumatlarının fırıldaqçılara ötürülməsinin qarşısını alır.

 

 

Other news