İcbari tibbi sığortası olanlara dərmanlar da pulsuz veriləcək? - Agentlikdən açıqlama

11:42 - 25.02.2020


25 fevral, Fineko/abc.az. Gələcəkdə icbari tibbi sığortası olan hər kəsə dərmanların da pulsuz verilməsi istiqamətində işlər aparılacaq.

ABC.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov “Anten fm”-in canlı yayımında bildirib.

O qeyd edib ki, hazırda dərman vasitələri dövlət proqramına uyğun olaraq xəstəxanalarda pulsuzdur. Yalnız xəstəxanada yatmadan müalicə yazılırsa dərman ödəniş edilərək apteklərdən alınır deyən Agentlik rəsmisi bildirib ki, bu istiqamətdə gələcəkdə işlərin görülməsi planlaşdırırılıb.

Qeyd edək ki, icabri tibbi sığorta hazırda şimal bölgəsində tətbiq olunur. Aprelin 1-dən isə Qərb zonasında da tətbiqinə başlanacaq və bu istiqamətdə tədbirlər həyata keçirilir.

Müəllif: Elmir Murad

 

 

Other news