Biz kredit portfeli üzrə ehtiyatları artırmağa nail olmuşuq – “AccessBank”ın İdarə Heyətinin sədri

15:47 - 25.02.2020


25 fevral, Fineko/abc.az. Bizim ötənilki ən böyük nailiyyətimiz bankın təkrar kapitallaşması prosesinin uğurla tamamlanması olub.

Nəticədə, “AccessBank”ın strukturuna yeni səhmdarlar cəlb olunub, bankın nizamnamə kapitalı isə 258,7 milyon manatadək artıb.

ABC.AZ xəbər verir ki, “AccessBank”ın ötən il əldə etdiyi nailiyyətlər, eləcə də cari ilə olan planları haqqında danışarkən bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib. O qeyd edib ki, təkrar kapitallaşdırma prosesini tamamladıqdan sonra yeni səhmdarlar, devalvasiya nəticəsində ziyan çəkmiş dollar kredit portfelinin sağlamlaşdırılması üçün müəyyən addımlar atıblar: “Biz kredit portfeli üzrə ehtiyatları əhəmiyyətli dərəcədə artırmağa nail olmuşuq və beləliklə də, bankın aktivlərinin keyfiyyətinin mümkün pisləşməsi ilə əlaqədar itkilərin minimuma endirilməsini və kredit risklərinin daha effektiv şəkildə idarə olunmasını təmin etmişik. Kapitallaşma zamanı bankın planlaşdırılan illik itkilərinin əsas səbəbi də məhz bu cür mühafizəkar tədbirlərdir. Qeyd edim ki, ötən ilin IV rübünü biz mənfəətlə başa vurmuşuq.

Bu amil bizim 2020-ci ilə əminliklə baxmağımıza kömək edir – proqnozlarımıza əsasən, biz cari ili yüksək mənfəətlə başa vurmaq niyyətindəyik. Hazırda bank öz fəaliyyətini, təkrar kapitallaşma nəzərə alınmaqla işlənib hazırlanmış dördillik biznes plana uyğun olaraq tam sürətlə həyata keçirir”.

Müəllif: Elmir Murad

 

Other news