İpoteka və Kredit Zəmanət Fondu sığortaçı axtarır – Tender

17:32 - 25.02.2020


25 fevral, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun inzibati binasının və avadanlıqlarının sığortalanması xidmətinin satın alınması üzrə açıq tender keçirir.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri  30.03.2020 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 07.04.2020 18:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 08.04.2020 10:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Nuray Rəşidli

Telefon: 441-24-23 (daxili 203)

Ünvan: Bakı, Bül-bül prospekti 40

 

 

Other news