Neftin qiymətləri enməkdə davam edir

10:04 - 26.02.2020


26 fevral, Fineko/abc.az. Keçən günkü enmədən sonra çərşənbə günü neft qiymətləri yüksəlir.

CoViD-19 epidemiyasının neftlə bağlı qlobal tələbatın ciddi şəkildə azalmasına gətirib çıxaracağı ilə bağlı narahatlıqlar ilin əvvəlindən neft bazarına təzyiq göstərir.

Fevralın 25-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $1,35 (2,4%) düşərək bir barelə $54,95 təşkil etmişdir. “Brenti”in aprel fyuçers qiyməti saat 9:25-də $0,30 (0,55%) bahalaşaraq bir barelə $55,25 təşkil etmişdir.

Fevralın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi  $1,53 (2,97%) kəskin enərək bir barelə $49,90 təşkil etmişdir. Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:25-də $0,39 (0,78%) artaraq bir barelə $50,29 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,02 (0,03%) bahalaşaraq bir barelə $57,59 təşkil edib.

 

Other news