Azərbaycan artıq tranzit ölkədi – İlham Əliyev

11:51 - 2.03.2020


2 mart, Fineko/abc.az. 2018-ci ildə biz artıq Bakıda - Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik və iyunda TANAP-la qaz Türkiyə bazarına çatdı. Ötən ilin noyabrında TANAP Avropa sərhədlərinə çatdı. TAP-ın icrası artıq 92 faiz tamamlanıb. Beləliklə, bu, bizim hamımızın uğur hekayəsidir.

ABC.AZ xəbər verir ki, bunu ötən həftə Bakıda keçirilmiş  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında Prezident İlham Əliyev deyib.

O qeyd edib ki, Məşvərət Şurası bu layihənin həyata keçirilməsində çox vacib rol oynayıb. “Çünki biz hər il təkcə Bakıda görüşmürük. İl ərzində çoxsaylı görüşlər, məsləhətləşmələr keçirilir və layihəni irəliyə aparmaq üçün vacib qərarlar verilir” deyə dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan bu müddət ərzində həm də etibarlı tranzit ölkəyə çevrildi: “Təkcə təchizatçı deyil, həm də tranzit ölkəyə çevrildi. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri tərəfindən bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan neft bizim sistemimiz - Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql edilir. Beləliklə, biz artıq tranzit ölkəyik. Tranzit ölkə kimi rolumuz əminəm ki, artacaq. Bu, həmçinin Azərbaycanın nəqliyyat sektorunun sürətli inkişafını stimullaşdırıb. Bu gün bu sektor çox müasir və səmərəlidir, Avrasiya nəqliyyat qovşağı kimi mövqelərimizi gücləndirməyə kömək edəcək”.

 

Other news