AZAL koronovirusla bağlı hərəkətə keçdi - Bütün aviasiya obyektləri dezinfeksiya olunur

14:46 - 3.03.2020


3 mart, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir.

ABC.AZ xəbər verir ki, xüsusən, AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən bir sıra qabaqlayıcı tədbirlər görülür.

Sərnişinlər tərəfindən Azərbaycanda əlaqə məlumatları və hava gəmisində oturacaq yerinin nömrəsi qeyd edilməklə, sağlamlıq vəziyyəti haqqında xüsusi anketin doldurulması və Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldikdə hava gəmisinin ekipajı tərəfindən  Dövlət Gömrük Komitəsinin əməkdaşlarına mütləq qaydada təqdim edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən bütün aviaşirkətlərin nəzərinə çatdırılmış və tapşırılıb.

Hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman qida konteynerləri qablar və süfrə ləvazimatları ilə birlikdə dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emal edilir.

 


Other news