10:16 - 4.03.2020
4 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, çərşənbə günü ticarətində yüksəlir.
Ötən gün OPEC + Texniki Komitəsi neftçıxarmanın azalması üzrə cari sövdələşmənin bir sutkada 1,7 mln. barel 2018-ci ilin oktyabr ayı ilə müqayisədə uzadılmasını, aprel ayından ilin sonuna qədər artırılmasını, II rübdə sutkada 600 mindən 1 mln. barelə qədər həcmini artırmağı tövsiyə edib.
Martın 3-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi $0,04 (0,08%) azalaraq bir barelə $51,86 təşkil etmişdir. May fyuçersi saat 10:05-də $0,71 (1,37%) bahalaşaraq bir barelə $52,57 təşkil etmişdir.
Martın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel $0,43 (0,92%) artaraq bir barelə $47,18 təşkil etmişdir. Aprel ayı üzrə fyuçers qiyməti saat 10:05-də $0,74 (1,57%) artaraq bir barelə $47,92 təşkil etmişdir.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,86 (1,6%) artaraq bir barelə $54,63 təşkil edib.
OPEC+ neft hasilatının məhdudlaşdırılması üzrə saziş ölkələrinin Monitorinq Komitəsinin (JMMC) nazirləri çərşənbə günü neft bazarındakı vəziyyətə reaksiya tədbirlərinin zəruriliyini müzakirə edəcəklər. Martın 5-də OPEC-in nazirlər konfransı keçiriləcək, martın 6-da yekun qərarın təsdiqi üçün OPEC+ nazirləri toplaşacaqlar.
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
22 April 2024
23 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024