Neftin qiyməti düşməkdə davam edir, “Brent”in bir bareli $50-dan aşağı satılır

10:06 - 6.03.2020


6 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, keçən gün 2 ildən çox müddətdə qeyd edilən minimumdan sonra, azalmağa davam edir.

Martın 5-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $1,14 (2,23%) enərək bir barelə $49,99 təşkil etmişdir. May fyuçersi saat 9:15-də $0,63 (1,26%) azalaraq bir barelə $49,36  təşkil etmişdir.

Brent nefti ilk dəfə 2017-ci ilin ortalarından etibarən ilk dəfə hərracları bir barelə $50-dan aşağı qiymətlə başa vurub.

Martın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $0,88 (1,88%) azalaraq bir barelə $45,9  təşkil etmişdir. Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:25-də  $0,55 (1,20%) azalaraq bir barelə $45,35 təşkil etmişdir.

Cari həftənin əvvəlindən başlayaraq  Brent və WTI təxminən 2% dəyər itirdi.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,44 (0,81%) enərək bir barelə $53,88 təşkil edib.

 

Other news