Banklara çağırış - Özünüməşğulluq proqramına qoşulun

12:10 - 6.03.2020


6 mart, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri arasında görüş keçirilib.

ABC.AZ xəbər verir ki, görüşdə özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının əhəmiyyəti xatırladılıb.

ABA-nın prezidenti Zakir Nuriyev Assosiasiyaya üzv bankları bu çağırışa qoşulmağa və rosesin aktiv iştirakçısı olmağa dəvət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də özünüməşğulluq proqramı haqqında geniş təqdimatla çıxış ediblər.

Müəllif: Elmir Murad

 

Other news