Neftin qiyməti artır

10:09 - 11.03.2020


11 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi baş verən düşmənin təxminən yarısını geri çəkdi.

Martın 10-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $2,86 (8,32%) artaraq bir barelə $37,22 təşkil etmişdir. May fyuçersi saat 9:30-da $0,88 (2,36%) artaraq bir barelə $38,10 təşkil etmişdir.

Martın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $3,23 (10,38%) artaraq bir barelə $34,36   təşkil etmişdir. Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:30-da  $0,39 (1,13%) bahalaşaraq bir barelə $34,75 за təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,15 (0,41%) enərək bir barelə $36,47 təşkil edib.

 

Other news