Avstriya Azərbaycan dəmir yolları ilə yük daşımaq istəyir - Müzakirə olunub

12:09 - 13.03.2020


13 Mart, Fineko/abc.az. Avstriyanın “Rail Cargo Group”un Şərq-Qərb istiqaməti üzrə yükdaşımaları üçün Azərbaycan üzərindən Asiya bazarlarına və geriyə çıxışın əldə edilməsinə dair əməkdaşlıq məsələləri müzakirə olunub.

ABC.AZ-a səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, məsələ “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın adıçəkilən şirkətin İdarə Heyətinin üzvü Tomas Karql ilə qurum sədri Cavid Qurbanov arasında keçirilən görüşdə müzakirə edilib.

T.Karql bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi bu əlaqələrin intensivləşdirilməsində, infrastuktur layihələrinin icrasında iştirak etməyə maraqlıdır.

Görüşdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər.

 

Other news