Fitch Ratings “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini təsdiqləyib

16:55 - 13.03.2020


13 mart, Fineko/abc.az. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini təsdiqləyib.

Xəbər verilir ki, “Fitch Ratings” agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini “BB+” səviyyəsində təsdiq edib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

© Azertag.az

 

Other news