Neft qiymətləri artır, Azeri Light 2,44% yüksəlib

10:07 - 16.03.2020


16 mart, Fineko/abc.az. Neftin etalon markaları ötən həftənin son günündə bahalaşıb, bugünkü hərraclarda isə yenidən azalmağa başlayıb.

Martın 13-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $0,63 (1,9%) artaraq bir barelə $33,85 təşkil etmişdir.

May fyuçersi saat 9:30-da isə $1,19 (3,52%) enərək bir barelə $32,66 təşkil etmişdir.

Martın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $0,23 (0,73%) artaraq bir barelə $31,73 təşkil etmişdir.

Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:30-da $0,69 (2,17%) azalaraq bir barelə $31,04 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,79 (2,44%) artaraq bir barelə $33,14 təşkil edib.

 

Other news