Azərbaycandan Ukraynaya dəmir yolu hərəkəti dayandı - Müvəqqəti

15:35 - 16.03.2020


16 mart, Fineko/abc.az. Martın 17-i  saat  00:01-dən etibarən Ukrayna ərazisində bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ABC.AZ-a daxil olan məlumata görə,  bununla əlaqədar, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı- Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.

Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov- sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.

Müəllif: Elmir Murad

 

Other news