İstanbul-Bakı avtobsularının hərəkəti də məhdudlaşdı – Açıqlama

15:56 - 16.03.2020


16 mart, Fineko/abc.az. İstanbul-Bakı müntəzəm marşrut xətləri üzrə avtobusların girişi də sərhəddə məhdudlaşdırılıb.

ABC.AZ xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, "VARDAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların Gürcüstan sərhəddindən tranzit keçidinə izin müəyyən təhlükəsizlik tədbirləri səbəbilə bu gün verilib: “Türkiyə Cümhuriyyətinə məxsus "Metro" daşıyıcı şirkətinin avtobusuna sərhəddən tranzit keçid izni verilmədiyi üçün, həmin avtobusda olan sərnişinlər Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xüsusi avtobusla təmin edilib. Sərnişinlər Gürcüstanın Lançxuti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində istirahət edə biləcək, su və zəruri qida ilə təmin olunacaqlar".

N. Allahyarova vurğulayıb ki, ümumi prosedur qaydalarından sonra sərnişinlərin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.

 

Other news