Banklarda əmanətləri olanlar ancaq elektron müraciər edə biləcək - Açıqlama

16:34 - 17.03.2020


17 mart, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu və Fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu 2020-ci il martın 17-dən 29-dək məhdudlaşdırır.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, bu dövr ərzində vətəndaş müraciətləri elektron formatda e-gov.az “Elektron Hökumət” portalı vasitəsilə adif.az saytı üzərindən və [email protected] e-mail ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunacaq.

Vətəndaşlar “941” qısa nömrə və (994 12) 596-65-91, (994 12) 596-65-92, (994 12) 596-65- 93 telefon nömrələri vasitəsilə zəruri məlumatları ala bilərlər.

 

Other news