Sərnişin qatarları fəaliyyətini dayandırır - Sabahdan

12:16 - 18.03.2020


18 mart, Fineko/abc.az. Martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

ABC.AZ "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, dayandırılan Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı, Bakı- Köçərli-Balakən-Bakı sərnişin qatarı, Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı, Bakı-Yalama-Bakı elektrik qatarı, Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarlarıdır.

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə ödəniləcək. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.

Müəllif: Elmir Murad

Other news