Prezident Bakının avtobus parkından danışdı - Müasirləşdirilirlər

16:35 - 18.03.2020


18 mart, Fineko/abc.az. “Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır”.

ABC.AZ xəbər verir ki, bunu İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edən deyib.

Dövlət başçısı bildirib ki, bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur:

“Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır”.

 

Other news