Bank Respublika Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat köçürüb

19:56 - 21.03.2020


21 mart, Fineko/abc.az.  Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, korporativ sosial məsuliyyətini dərk edərək, “COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Bank, ölkə başçısının təşəbbüsünü dəstəkləməyi özünə borc bilərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 200 000 manat vəsait köçürüb.

Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və artıq 28 ildir ki öz müştərilər üçün faydalı olmaq prinsipi ilə fəaliyyət göstərir.

Bankın səhmdarları sırasında Almaniyanın 2 maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

 

Other news