Bakı aeroportundan vətəndaşlara çağırış - Məsafə saxlayın

12:15 - 30.03.2020


30 mart, Fineko/abc.az. Heydər Əliyev Beynəlxalq Aeroportunun işçi heyəti koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayıldığını nəzərə alaraq, gözləmə zallarındakı oturacaqlarda sosial məsafənin saxlanması ilə bağlı elanlar yerləşdirib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan ABC.AZ-a daxil olan məlumata görə, hava limanı sərnişinlərdən bu məsafəni qorumağı, özünü və ətrafdakıları təhlükəyə atmamağı xahiş edir.

 

Other news