Bakı metrosu bu gecədən bağlanır

17:10 - 31.03.2020


31 mart, Fineko/abc.az. Ölkədə Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Belə ki, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır. Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.

Qeyd olunur ki, sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək.

 

Other news