Bakı-Sumqayıt yolundakı işlərin bitəcəyi tarix bilindi - Agentlik sədrindən açıqlama

16:25 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrindən başlayaraq 14-cü kilometrə - Masazır körpüsü deyilən yerə qədər yolların genişləndirilməsi ilə artıq beşinci aydır ki, məşğuluq. Burada bizim əsas məqsədimiz 20 Yanvar – “Şamaxinka” deyilən tunelin çıxışından başlayaraq mövcud dörd hərəkət zolaqlı avtomobil yolunu genişləndirmək idi.    

ABC.AZ xəbər verir ki, bunu Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

 Onun sözlərinə görə,  “Xırdalan dairəsi” deyilən hissədə yeni tunelin inşasına başlanılıb: "Deməli, mərkəzdən gələn maşınlar yalnız Bakı-Quba-Rusiya Federasiyası istiqamətində hərəkət edəcəklər. Biz 20 Yanvar dairəsindən hərəkətin istiqamətini yol nişanları ilə ayıracağıq. Yəni, Binəqədiyə, Biləcəriyə, ondan əlavə, Masazıra və Sumqayıta gedən avtomobillər sağ hissə ilə iki zolaqda hərəkət edəcəklər. Yolun Xırdalan dairəsi hissəsində yeni tunel və 495 metr uzunluğunda, 7,5 metr enində iki hərəkət zolaqlı yan yolu açmışıq. Yeni tikilən tunelin eni 9 metrdir. Bundan əlavə də bir yenilik etmişik. Deməli, Şamaxıdan, Xocəsəndən və Lökbatandan gələn avtomobillərin birbaşa 20 Yanvar dairəsinə girişini məhdudlaşdırmışıq. Biz bu hissədə işlərin artıq 80 faizini yerinə yetirmişik. May ayının sonuna qədər yəqin ki, tamamlayacağıq".

Müəllif: Elmir Murad

 

Other news