Bakıda nağdsız ödəniş sistemi 21 paytaxt marşrutunda tətbiq edilir

16:08 - 8.01.2018


8 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) 175 nömrəli marşrut xəttinin müvəqqəti istismarını “BakuBus” MMC-ə həvalə etmək qərarına gəlib.

Agentliyin məlumatında deyildiyi kimi,  marşrutun daşıyıcısı,  6 yanvar tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi ilə əlaqədar dəyişdirilib.

“Həmçinin, paytaxtın ictimai nəqliyyatında nağdsız ödəniş sistemindən istifadənin əhatə dairəsinin genişləndirilməsi təmin edilib və nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21-ə çatdırılıb”, - məlumatda belə deyilir.

 

Other news