PROKON LukOil Nijeqorodneftorqsintez müəssisəsinin əsaslı təmiri layihəsi çərçivəsində müqavilə imzaladı

12:18 - 9.04.2020


9 aprel, Fineko/abc.az. “PROKON Construction and Engineering” şirkəti “LukOil Nijeqorodneftorqsintez” müəssisəsinin əsaslı təmiri üçün müqavilə imzaladı.

Müqavilənin çərçivəsi daxilində PROKON şirkəti 2020-2022-ci illərdə “LukOil Nijeqorodneftorqsintez” müəssisəsində dayanma və yenidənqurma işləri aparılan müddət çərçivəsində mexaniki-montaj işlərini həyata keçirəcək. İlk planlaşdırılmış dayanma 2020-ci ilin aprel və may aylarında baş tutacaq və PROKON şirkəti 60 gün ərzində boru materialının demontaj işlərini aparacaq və WDI borular quraşdıracaq. Layihəyə cəlb olunan işçi heyətinin qırx faizi Azərbaycan vətəndaşlarıdır. “LukOil Nujneqorodneftorqsintez” 2020-2022-ci illərdəki növbəti əsaslı təmir işləri haqqında PROKON şirkətinə müqaviləyə əlavələr vasitəsilə ətraflı məlumat təqdim edəcək.

“Fəaliyyətini genişləndirən PROKON 2019-cu ildə Rusiyada “Prokon Construction and Engineering” şirkətini yaratdı. Yeni bazara daxil olmaqla PROKON əhəmiyyətli təcrübəni ixrac etməyə və Azərbaycandan peşəkar işçi qüvvəsi cəlb etməklə Rusiya bazarına öz töhfəsini verməyə başladı. Bu müqavilə bazarda oturuşma və bazarın öyrənilməsi baxımından atılmış böyük bir addımdır”, – Rusiyadakı “Prokon Construction and Engineering” şirkətinin Baş Direktoru Özgür Karan bildirmişdir.

 

Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi olaraq 2012-ci ildə Azərbaycanda yaradılan PROKON şirkəti sənaye obyektlərinin tikintisi üzrə irimiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilmişdir. Şirkət həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir.

Other news