Bugün bu rayonların pensiya ödənişləri hesablara köçürülüb - Siyahı

15:22 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Bakıda pensiyaların vərəndaşların hesablarına köçürülməsinə başlanılıb.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu gün paytaxtın Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiya ödənişləri həyata keçirilib.

Qeyd edək ki, sabah isə Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək.

Müəllif: Elmir Murad

 

Other news