İctimai nəqliyyat yenə məhdudlaşdırıla bilər - BNA rəsmisindən açıqlama

16:04 - 10.04.2020


10 aprel, Fineko/abc.az. İctimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi jurnalistlərlə keçirilən onlayn mətbuat konfransında bildirib. BNA rəsmisi qeyd edib ki, hər şey vətəndaşların karantin rejiminə əməl etməsindən asılıdır:

“Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxmanın artan xətt üzrə davam edəcəyi halda, vəziyyətə uyğun qərar veriləcəyini açıqlayıb. Karantin rejiminin uzadılması və daha sərt qərarların qəbulu nəzərdə tutulub ki, bu zaman ictimai nəqliyyatın, o cümlədən ekspress avtobusların sayının azaldılması və ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması nəzərdə tutulub. Yekun qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək və dərhal icra olunacaq”.

Müəllif: Elmir Murad

 

Other news