330x100
 

Bakıda 24 saat işləyən avtobuslar olacaq - Anons verildi

10.04.2020,17:19


10 aprel, Fineko/abc.az. Bakıda xəttə 24 saat işləyəcək ekspress avtobusların buraxılması istisna edilmir.

ABC.AZ xəbər verir ki, bunu "Zoom" vasitəsi ilə mətbuat konfransı keçirən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O qeyd edib ki, hazırda həyati əhəmiyyətli obyektlərin, xüsusilə də ərzaq mağazalarının və apteklərin gündəlik nə qədər işçilərinin işə getdiyini araşdırırıq. "Ola bilsin ki, 24 saat xidmət göstərən ekspress xətlər fəaliyyətə başlasın və yaxud sərnişin az olan marşrutlar üzrə avtobusların hərəkəti dayandırılsın. Bununla bağlı yekun qərarı Operativ Qərargah verəcək" deyə BNA rəsmisi qeyd edib.

Müəllif: Elmir Murad