Şirkətlərdən neft hasilatının azaldılması təklifinə dəstək - Müzakirələr olub

15:22 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Neft bazarında balansın təmin edilməsi ilə bağlı tədbirlərə Azərbaycandakı şirkətlər də dəstək ifadə edib.

ABC.AZ xəbər verir ki, Azərbaycanın öhdəlikləri gündəlik xam neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən azaldılan faiz göstəricilərinə uyğun olaraq və neft istehsalçılarının hasilat həcmləri nəzərə alınaraq bölüşdürüləcək.

Qeyd edək ki, bu dəfə OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxil edilir və bu öhdəliklərdə kondensat həcmləri nəzərə alınmır.

Azərbaycan may-iyun aylarında gündəlik xam neft hasilatının 164 min barrel, iyul-dekabr aylarında 131 min barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə  98 min barrel həcmində azaldacaq.  Öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-2022-ci ilin aprelində 620 min barrel həcmində saxlamalıdır.

 

 

Other news