Ölkədə 30 nəfər koronavirus infeksiyasına yoluxub, 56 nəfər isə sağalıb

17:27 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Həmçinin qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırda 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 460 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Other news