Azərbaycan Opera və Balet Teatrı MDB-də onlayn teatr translyasiyayasının ilk beşliyinə daxil olub

11:22 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı MDB-nin 5 ən yaxşı teatrlar siyahısına daxil olub.

TurStat portalının verdiyi məlumata görə, portal, teatrların saytlarında və sosial şəbəkələrdə tamaşaçılarda və onlayn yayımlarda populyarlığa görə MDB-nin ən yaxşı opera teatrlarının reytinqini təqdim edib.

Siyahı Beynəlxalq Mədəniyyət Günü, 15 aprel tarixində 1935-ci ildə "bədii və elmi müəssisələrin və tarixi abidələrin qorunması haqqında" Rerix paktının qəbul edilməsi şərəfinə hazırlanıb.

"MDB-nin opera teatrlarının ilk onluğuna Moskvada Rusiya Dövlət Akademik Böyük Teatrı, Minskdə Belarus Böyük Teatrı, Alamatı şəhərində yerləşən Abay adına Qazaxıstan Dövlət Akademik Opera və Balet Teatrı, Nur-Sultanda "Astana Opera" Dövlət Opera və Balet Teatrı, Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Yerevanda A.Spendiyarov adına Akademik Opera və Balet Teatrı, Daşkənddə Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük teatrı, Kişinyovda Maria Biyeşu adına Moldova Respublikası Milli Opera və Balet Teatrı, Bişkekdə V. İ. Lenin ordenli A. Maldıbayev adına Qırğızıstan Milli Opera və Balet Teatrı, Düşənbədə Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrı daxil olub", - məlumatda belə deyilir.

Reytinq teatrların populyarlığının araşdırılması və onlayn yayım təklifləri əsasında təqdim olunub.

 

 

Other news