Brent neftinin qiyməti 20 dollardan aşağı düşüb

14:18 - 21.04.2020


21 aprel, Fineko/abc.az. “Brent” markalı xam neftin qiyməti 2002-ci ildən bəri minimum səviyyəyə enib.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 19,81 dollara alıcı axtarır. ABŞ-ın “Light” markalı neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında mənfi 3,43 dollara satılır.

Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub.

©️ Azertag.az

 

Other news