Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ölkələrin ilk üçlüyündədi - Vüsal Qasımlı

10:11 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun(BVF) proqnozuna əsasən pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacağı halda, Azərbaycan iqtisadiyyatı cəmi 2,2 faiz kiçiləcək.

ABC.AZ xəbər verir ki, bunu  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir: “Azərbaycan da OPEC+ çərçivəsində neft hasilatını azaldır və aşağı neft qiymətlərindən itirir, sadəcə, Prezident İlham Əliyevin rəhbərliyilə qeyri-neft sənayesinin sürətli artımı və hökümətin effektiv anti-böhran tədbirləri hesabına ölkəmizdə iqtisadi tənəzzülün qarşısı daha səmərəli alınır. Təkcə onu demək kifayətdir ki, postsovet məkanında pandemiyadan əvvəl və sonra BVF-nin verdiyi iqtisadi artım proqnozları arasındakı ən az fərq olan ölkələrdən biri Azərbaycandır, yəni pandemiya başqalarına nisbətən bizim iqtisadi artıma daha az təsir edib".

Müəllif: Elmir Murad

 

Other news