Ünvanlı sosial yardım alanların sayı artacaq - Proqram genişləndirilir

16:26 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Prezidentin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirilməsi işləri davam edir.

ABC.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev  videobağlantı formasında keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, təkcə aprel ayında əlavə olaraq 10 min ailə bu proqramla əhatə olunub, ünvanlı yardım alan ailələrin sayı 80,5 minə (335 min ailə üzvü) çatıb və bu artım dinamikası davam edir. "Bununla bərabər, ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prosedurunun aztəminatlı insanlar üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib" deyə nazir bildirib.

Müəllif: Elmir Murad

 

Other news