May ayında yeni DOST mərkəzi açılacaq - Nazirdən açıqlama

16:49 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi işləri post-karantin dövründə davam edəcək, may ayında isə yeni DOST mərkəzinin açılışı planlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev videobağlantı formasında keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunub. S.Babayev xüsusilə müsbət tendensiyanın davamı kimi, bu ilin əvvəlindən əmək müqavilələrinin sayının 85,4 min artdığını bildirib. O bu artımın əsasən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı olduğunu qeyd edib. Nazir yeni müqavilələrin əsasən hansı sahələr üzrə bağlanmasının təhlilinin aparılmasını, yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.

Müəllif: Elmir Murad

 

Other news