Bank Respublika “Nargis” Fondunun aztəminatlı ailələrə dəstək kampaniyasına qoşuldu!

14:12 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi elan olunduğu gündən etibarən “Nargis” fondu tərəfindən yaşlılara ərzaq bağlamları göndərildi. Fond nümayəndələri bildirdi ki, dəstək aksiyası davam etdiyi müddətdə COVİD-19 yayılması ilə əlaqədar köməyə ehtiyacı yaranmış müxtəlif insanlardan, xüsusən də aztəminatlı ailələrdən müraciətlər daxil oldu. Bu səbəbdən “Nargis” Fondu 14 aprel tarixindən etibarən xeyriyyə kampaniyasını davam etdirdi və vətəndaşlara dəstək olmaq istəyən hər kəsi kampaniyaya qoşulmağa çağırdı.

Bu xeyriyyə təşəbbüsünə dəstək verən ilk qurumlardan biri də ölkənin aparıcı banklarından biri olan - Bank Respublika oldu. Bank tərəfindən kampaniyaya ayrılmış vəsait aztəminatlı ailələrin bir ay ərzində ərzaq tələbatını təmin etdi. Qeyd edək ki, Bank Respublikanın dəstəyi ilə yardım almış ailələrin əksəriyyəti Bakı ətrafı qəsəbələrdə yaşayan aztəminatlı şəxslərdir.

“Nargis” Fondu adından xeyriyyə kampaniyasına göstərdikləri dəstəyə görə Bank Respublika kollektivinə dərin minnətdarlığımızı bildiririk!

 


Other news