“Bloomberg”: dollar manata nisbətdə ucuzlaşdı

12:45 - 11.01.2018


11 yanvar, Fineko/abc.az. Yanvar ayının 11-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb.

“Bloomberg” terminalına əsasən, dollar ticarətə 1,6996 manat məzənnəsi ilə başlayıb və 1,6988 manata düşüb, yəni, 0,05% ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün dollar məzənnəsini 1,7001 manat səviyyəsində müəyyən edib.

 

 

Other news