Azərbaycan neft hasilatını azaltmağa başlayıb - Bu gündən

10:18 - 1.05.2020


1 may, Fineko/abc.az. Azərbaycan bu gündən etibarən “OPEC plus” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, may-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 mln.barrel, Azərbaycan üçün isə 164 min barrel azaldılmasını nəzərdə tutur.

Məlumata görə, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barrel, 2021-ci il və 2022-ci ilin apreli ərzində isə14% olmaqla 98 min barrel müəyyənləşib.

"Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb. 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının AÇG üzrə 567 min barrel, “Azneft” İB üzrə 125 min barrel, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə isə 26 min barrel təşkil etdiyini nəzərə alaraq, hasilatın bu səviyyələrdən bu ilin may-iyun aylarında 23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvar-2022-ci ilin apreli dövründə isə 14% azaldılması nəzərdə tutulur" deyə məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad

 

 

Other news