Neft hasilatının azaldılmasının əsas məqsədi bilindi - Nazirdən açıqlama

10:40 - 1.05.2020


1 may, Fineko/abc.az. Azərbaycanda hasilatın azaldılması ilə bağlı görülən tədbirlərdə məqsəd həm də SOCAR və ölkəmizdə fəaliyyət göstərən digər neft istehsalçılarının, nəticədə dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.

ABC.AZ-ın məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov neftim hasilatının azaldılması ilə bağlı danışarkən deyib.

Qeyd edək ki, öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-2022-ci ilin aprelində 620 min barrel həcmində saxlamalıdır.

Müəllif: Elmir Murad

 

Other news