Bağlanan banklarla bağlı daha bir açıqlama - Mərkəzi Bank hüquqşünasından

12:16 - 4.05.2020


4 may, Fineko/abc.az. Pandemiya ilə əlaqədar dövlət dəstəyi almış sahibkarlara verilən pulların bağlanmış banklardakı hesablarına köçürülməsi bir çox iş adamını narahat edirdi.

Belə ki, iş adamlarının hesabları bağlanan "AtaBank" və "Amrahbank"da olduğundan onlar sözügedən vəsaiti oradan çıxara bilməyəcəklərini düşünürdülər. Sözügedən məsələyə aydınlıq gətirilib.

ABC.AZ xəbər verir ki, məsələyə sosial şəbəkədə münasibət bildirən Mərkəzi Bankın hüquqşünası Tural Feyzullayev qeyd edib ki, pandemiya ilə əlaqədar sahibkarların bağlanan banklardakı hesablarına köçürülmüş dövlət yardımı məhkəmə qərarı ilə moratoriumdan istisna edilib.

"Yəni, həmin banklarda hesabları olan sahibkarlar pandemiya ilə onlara verilən vəsaiti əldə edə biləcəklər" deyə Mərkəzi Bank nümayəndəsi bildirib.

Müəllif: Elmir Murad

 

Other news