Bu qurumun daxilolmaları artıb - 163 milyon manat

15:23 - 6.05.2020


6 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il DSMF-nin daxilolmaları 313,4 milyon manat və ya 39,6 faiz artıqdır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev  müsahibəsində bildirib. "Ötən il DSMF-nin gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manat ehtiyat sosial ödənişlərin davamlılığının təmin olunmasında əhəmiyyətli dəstək olub" deyə nazir qeyd edib.

Müəllif: Elmir Murad

 

 

Other news