Gömrük büdcəyə daxilolmaları azaldıb - 20 milyon manatdan çox

18:20 - 8.05.2020


8 may, Fineko/abc.az. 2020-ci ilin aprel ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 356 milyon 862 min manat daxil olub.

ABC.AZ Komitəyə istinadən xəbər verir ki, büdcə daxilolmaları ötən ilin aprel ayı ilə müqayisədə 20 milyon 926 min manat və ya 5,5% azalıb.

Belə ki, 2019-cu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 377 milyon 789 min manat daxil olub.

Qeyd edək ki, ən çox azalma gömrük rüsumu üzrə baş verib.

Müəllif: Elmir Murad

Other news