Azərbaycan hava limanı bu kateqotiyada birinci olub - Sorğu nəticəsində

12:24 - 11.05.2020


 11 may, Fineko/abc.az.  Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.

ABC.AZ-a aeroportun mətbuat xidmətindən verilən məlumata görə, aparılan auditin nəticələrinə əsasən, Bakı hava limanı illik sərnişin axını 5 milyon nəfərədək olan hava limanları arasında ən yaxşı hava limanı seçilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu dörd il ardıcıl olaraq MDB ölkələrinin hava limanları arasında ən yaxşısı seçilib.

Qeyd edək ki, "Skytrax" tərəfindən aparılan və dünyanın 550 hava limanı arasında sərnişinlərə xidmət səviyyəsini və şəraiti qiymətləndirən yoxlama dünya hava limanları sənayesi üçün keyfiyyət göstəricisi hesab olunur.  Yoxlama zamanı "Skytrax" şirkəti həmçinin altı ay ərzində 100 ölkədən olan sərnişinlər arasında sorğu aparıb.

Other news