Əhaliyə düşən ÜDM azalıb - 4 ayda

14:17 - 13.05.2020


13 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda istehsal olunmuş ÜDM dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artaraq 22 milyard 400,5 milyon manat təşkil edib.

Məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 0,8% azalaraq 14 milyard 529,7 milyon manat, əhalinin hər nəfərinə düşən ÜDM isə 0,7% azalaraq 2 249,7 manat təşkil edib.

 

Other news