General "EuroHome"-la bağlı tapşırıq verdi - Müşavirə

11:15 - 14.05.2020


14 may, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla bağlı müşavirəsi keçirilib.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, əvvəlcə, müşavirədə  DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev mayın “EuroHome” tikinti materialları bazarında baş vermiş hadisə mürəkkəb yanğınlar kateqoriyasına aiddir.

O qeyd edib ki, bu yanğının söndürülməsi işi təlimata uyğun şəkildə təşkil edilib, ziyanın minimuma endirilməsi məqsədilə bütün mümkün tədbirlər görülüb.

Müşavirəyə yekun vuran Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev “EuroHome” tikinti materialları bazarındakı müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə profilaktik tədbirlərin yerinə yetirilməsi və s. istiqamətlərlə bağlı müvafiq tapşırıqlar verib.

Müəllif: Elmir Murad

 

Other news