Gürcüstanda fövqəladə vəziyyət ləğv edilir - Tarix açıqlandı

15:28 - 15.05.2020


15 may, Fineko/abc.az.    Hökumət artıq fövqəladə vəziyyət rejiminin uzadılması üçün prezidentə müraciət etməyəcək.

ABC.AZ Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu baş nazir Giorgi Qaxaria deyib.

O qeyd edib ki, epidemioloji vəziyyəti dərin təhlil etdikdən sonra, Gürcüstan hökuməti mayın 22-dən sonra ölkədəki fövqəladə halı ləğv edəcək. Buna görə də fövqəladə vəziyyətin müddətini uzatmaq üçün artıq Parlamentə müraciət edilməyəcək: "Fövqəladə hal rejimi 21 martda elan edildi, daha sonra əlavə olaraq uzadıldı. Bu gün qərar qəbul etdik ki, fövqəladə hal rejiminin uzadılması ilə bağlı Gürcüstan hökuməti, Parlamentə müraciət etməsin. Ancaq, altından xətt çəkərək qeyd etmək istəyirəm ki, fövqəladə halın ləğvi tətbiq edilən qadağaların təmamilə və birlikdə götürülməsi mənasına gəlmir. Epidemoloqların tövsiyyələri əsasında virus riskini azaldan məhdudiyyətlər qüvvədə qalacaq".

 

 Müəllif: Elmir Murad

Other news