Azərbaycanda bir nəfər ərzağa ayda bu qədər pul xərcləyir - Hesabat

14:29 - 18.05.2020


18 may, Fineko/abc.az. 2020-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,9 faizi ticarət müəssisələri, 48,3 faizi fərdi sahibkarlar tərəfindən, 27,8 faizi isə bazar və yarmarkalarda satılıb.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığl hesabat məlumatında qeyd olunub.

Məlumata görə, 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,5 faiz artıb, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda isə 15,1 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 154,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,2 manatlıq qeyri-ərzaq malları alıb.

Müəllif: Elmir Murad

 

 

Other news