Standard Insurance şirkətinin lisenziyası ləğv olundu

13:17 - 19.05.2020


19 may, Fineko/abc.az. Mərkəzi Bank “Standard Insurance” Sığorta Şirkətinin lisenziyasını ləğv edib.

ABC.AZ ölkənin əsas Banklna istinadən xəbər verir ki, Mərkəzi Bank şirkətin bağlanma səbəbini belə açıqlayıb:

"“Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə, sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib, Şirkətə müvəqqəti inzibatçı təyin edilib, habelə Şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib. Qanunvericiliyə uyğun olaraq ASC “Standard Insurance” Sığorta Şirkətinin idarəetmə orqanlarının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verilib".

Məkəzi Bankın açıqlamasında o da qeyd olunub ki, ASC “Standard Insurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir pis idi.

Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri Mərkəzi Banka keçdikdən sonra qurum adıçəkilən sığorta Şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən ediib.

"Kapitalın tam bərpası üçün Şirkətin rəhbərliyi ilə müzakirələr aparılıb. Lakin, səhmdarlar tərəfindən Şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməyib. ASC “Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və Şirkət son iki ili zərərlə başa vurub. Şirkətin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarıb" deyə məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad

 

 

Other news