ADIF “Amrahbank” və “Atabank”ın kreditorlarına müraciət edib

10:17 - 20.05.2020


20 may, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və "Atabank" ASC-lərin kreditorlarına müraciət edib.

Bu barədə ABC.AZ-a ADİF-dən məlumat verilib.

Məlumatda qeyd ounur ki, “Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

“Amrahbank” və “Atabank” ASC-lərin kreditorlardan xahiş olunur ki, 1 iyul 2020-ci il tarixinə qədər kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Bakı şəhəri, Xocalı prospekti 36 A, “Amrahbank”ın baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, “Atabank”ın baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;

 

Other news