Ərəblər öz vətəndaşlarına xidmət göstərmək üçün Bakıda otel alışına başladılar

17:55 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Ərəb investorları Bakıda daşınmaz əmlak obyektlərini satın almağa başladılar.

Azərbaycan Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov Fineko/abc.az  İnformasiya Agentliyinə bildirib ki, Bakıda daşınmaz əmlak obyektləri, xüsusilə, yeni bina və otellərlə maraqlanan  ərəblərin sayı artıb. Ərəblər hətta paytaxtda otel inşaatı şərtləri ilə maraqlanırlar.

“Müraciətlərlərin əksəriyyəti Qətər, İraq vətəndaşları  tərəfindən daxil olur, çünki   həmin ölkələrdən gələn turistlərin sayı son vaxtlar artıb.  Bakını seçdikləri üçün buradan otellər alaraq öz turistlərinə özləri xidmət göstərmək istəyirlər. Adətən ərəblər getdikləri yerlərdə öz mətbəxlərinin olmasını istəyirlər. Bu da əsas səbəblərdən biridir”, - V.Axundov belə deyib.

Onun sözlərinə görə, ərəblər daha çox şəhərin mərkəzi hissələrində olan tikililərlə maraqlanırlar. Bir neçə otel artıq satışa çıxarılıb.

“Məhz hansı otellərin satışa çıxarıldığını açıqlaya bilmərik”, - bunu V.Axundov deyib.

 

Other news